“Prior Credit Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri dəyişdi.
Eləcə də bax: Gürcüstanın "TBC Bank"ının Azərbaycandakı törəməsinin - Rəhbəri Dəyişib
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2020-ci ilin mayında yaradılan BOKT-u bundan sonra xanım direktor idarə edəcək.
Belə ki, Ağalarova Kifayət Aslan qızı kredit təşkilatının təkbaşına rəhbəri təyin edilib.
Buna qədər isə bu vəzifədə BOKT-un təsisçisi Vəliyev Emin Elman oğlu idi.
Qeyd edək ki, Ağalarova K.A buna qədər kredit təşkilatının daxili auditinə nəzarət edirdi.