“Kapital Bank” ASC kredit portfelini son 6 ayda 13%-dən çox artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 3 milyard 547,7 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 410,7 milyon manat, yaxud 13,1% çoxdur.
Bunun da 1 milyard 927,2 milyon manatını istehlak, 1 milyard 127,8 milyon manatını biznes, 492,6 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 102 milyon manat, yəni 5,6%, biznes kreditlərinin həcmi 165,6 milyon manat (17,2%), daşınmaz əmlak kreditlərinin həcmi 143 milyon manat (40,9%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 394 milyon 807 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 3 milyard 152 milyon 879 min manat xalis kredit verilib.