Azərbaycanda ən böyük istehlak krediti portfelinə sahib olan “Kapital Bank” ASC-nin fiziki şəxslər üçün təklif etdiyi istehlak kreditinin başlanğıc faiz dərəcəsi kəskin azaldılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Monitorinq Qrupu bildirir.
Məlumata görə, Bankın “Gündəlik tələbat” istehlak kreditinin illik ödəniş faizinin başlanğıcı 21%-dən 14%-ə qədər azaldılıb.
Qeyd edək ki, kredit yalnız manatda, 60 ayadək və 30 000 manatadək verilir.
Bank bildirir ki, istehlak kreditni “Kapital Bank” və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər. Staj tələbi son iş yerində staj — 3 ay, əməkhaqqı kartı Kapital Bank-a məxsus olmayan müştərilər üzrə əlavə olaraq ümumi iş stajı — 6 ay. Lakin, təqaüdçülər üzrə belə bir tələb yoxdur.