30 iyun 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486,
şöbələrinin sayı 91, ATM-lərin sayı 3 086 olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bank işçilərinin sayında artım trendi cari ilin iyun ayında da davam edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 35 nəfər artaraq 24,223 nəfər təşkil edib.