Azərbaycanın informasiya və rabitə sektoruna bankların kredit qoyuluşu sürətlə artır. Bu ilin oktyabrın 1-nə bu sahəyə yönələn kreditlərin ümumi həcmi 721,5 milyon manat olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 135,4 milyon manat və ya 23,1% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də bu sektora 586,1 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı olub. Ötən ilin sonuna (635,9 mln. manat) nəzərən portfel 85,6 milyon manat (13,5%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 24,3 milyon manatlıq (3,5%) artım qeydə alınıb.
Xatırladaq ki, informasiya və rabitə sektoruna verilən kreditlər ötən ilin eyni dövründə 586,1 milyon manat, ötən ilin sonunda 635,9 milyon manat, bu ilin sentyabrın 1-də isə 697,2 milyon manat təşkil edirdi.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








