İsveçrə bankı Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.
FED.az xəbər verir ki, bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
Eləcə də bax: İsveçrə bankı Azərbaycana - GƏLMƏK İSTƏYİR
Onun sözlərinə görə, bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istərdik: "Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək".
M.Al Jebouri vurğulayıb ki, BCGE Cenevrə İqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd İsveçrə frankı təşkil edir".
Report