İran koronavirusla mübarizədə istifadə etmək üçün İslam İnkişaf Bankından (IDB) 130 milyon avro, Dünya Bankından (WB) isə 50 milyon avro kredit istəyib.
Eləcə də bax: İran prezidenti: "Valyuta Fondu "ayrı-seçkilik" edir"
FED.az xəbər verir ki, "son 15 ildə ilk dəfə Dünya Bankından 50 milyon avro kredit alacağıq. Hazırlıqlar tamamlanıb, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi kimi aidiyyəti təşkilatlar məsələni nəzarətdə saxlayır", -Səhiyyə nazirinin müavini Kamil Tekavinejad deyib.
Qeyd edək ki, koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biri olan İran martın 12-də Beynəlxalq Valyuta Fondundan (IMF) 5 milyard ABŞ dolları məbləğində kredit istəmişdi. İrana qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq edən ABŞ rəhbərliyinin bu tələbə qarşı çıxmış, lakin IMF-in tələbi müzakirə etdiyi açıqlanmışdı.
Report