Ticarət, investisiyalar, miqrasiya, kommunikasiya və nəqliyyat vasitəsilə beynəlxalq bağlantılar Avropa və Mərkəzi Asiyada iqtisadi inkişaf üçün vacibdir. Bu bağlantılar bilik və texnologiyaların transferi ilə şirkətlərə daha səmərəli olmaqda yardım etmək məqsədilə birgə rol oynayır. FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Mühüm Bağlantılar: Avropa və Mərkəzi Asiyada İqtisadi Artım və Dayanıqlığın Dəstəklənməsi adlı hesabatında deyilir.
Bu hesabatda Avropa və Mərkəzi Asiyada müxtəlif növ bağlantıların iqtisadi faydalarının maksimuma çatdırılmasında siyasəti formalaşdıranlara yardım etmək məqsədilə bu bağlantıların iqtisadi artıma təsirləri təhlil olunur.
“Bu hesabatda qeyd olunur ki, daha geniş iqtisadi bağlantılar cəmiyyətlər üçün biliklərin yayılması və gəlirlərin daha çox artmasına gətirib çıxarır, lakin cəmiyyətin ən aşağı gəlirli 40 faizinə bu, daha çox fayda gətirir” – Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Baş İqtisadçısı Hans Timmer belə deyib.
Dünya Bankının yeni hesabatında beynəlxalq bağlantıların müxtəlif kanallarını, o cümlədən ticarət, BXİ, miqrasiya, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat əlaqələrini ehtiva edən yeni indikatorun – Çoxşaxəli Bağlantı (MDC) indeksinin yaradılması ilə kommunikasiya əlaqələri qiymətləndirilir. Hesabata görə Avropa və Mərkəzi Asiyanın ən yaxşı bağlantılı sub-regionları Qərbi Avropa, daha sonra Şimali, Mərkəzi və Cənubi Avropadır. Qərbi Balkanlar, Mərkəzi Asiya və Cənubi Qafqazda ümumi bağlantı səviyyəsi ən aşağıdır.
Hesabatda, həmçinin regional təklif zəncirlərində örtülü olan biliklərin transferi və kitablar və ya proqramlarla heç də asan ötürülməyən praktiki “edərək öyrənmə” vasitəsilə əldə olunan yekun biliklərlə ölkələrə təklif olunan faydalar vurğulanmaqla nümayiş olunur ki, bu bağlantıların faydaları əslində bir-birinin üzərində qurulur.
Avropada bir sıra siyasətlər bağlantıların müxtəlif formalarını dəstəkləmişdir ki, bu da güclü təklif zəncirlərinin inkişafına gətirib çıxarmışdır və yüksək səmərəlilik və iqtisadi artım üçün imkanlar yaratmışdır. Mərkəzi Asiyada bağlantılar orta səviyyədə olsa da, ticarət, infrastruktur və inteqrasiyanı dəstəkləmək məqsədilə yatırılan investisiyalar və həyata keçirilən siyasətlər regionda və ondan kənarda bağlantıların artmasına gətirib çıxarır.
MDC indeksi göstərir ki, bağlantıların səviyyəsi Avropa və Mərkəzi Asiyanın real ÜDM-nin illik artımının demək olar ki, yarım faizinə töhfə verir, cəmiyyətin ən aşağı gəlirli 40 faizində isə təxminən 1 faiz artım müşahidə olunur.
“Beynəlxalq inteqrasiyanın artması ölkələr, şirkətlər və insanlar arasında texnologiya və ideyaların transferini dəstəkləyir” – Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Aparıcı İqtisadçısı, hesabatın əsas müəllifi David Quld belə deyib. “Bununla yanaşı, sosial şəbəkələr kimi yaxşı bağlantılı ölkələrlə bağlantıların olması təcrid olunmuş tərəfdaşlarla bağlantılardan daha çox bilik və texnologiyalar transferinə səbəb olur”.
Hesabatda qeyd olunur ki, bağlantıların artması, həm də region ölkələrini iqtisadi şoklara məruz qoyur. Lakin xarici tələbat və maliyyələşdirmənin alternativ mənbələrinin təmin olunması ilə şaxələndirilmiş bağlantılar bu riskləri azalda bilər və ölkələrə həm daxili, həm də xarici şokları idarə etməyə yardım edə bilər.
Hesabatda vurğulanır ki, regionun bir çox ölkələri son iyirmi beş ildə iqtisadi inkişaflarını yüksəldərək geniş bağlantıları qurmuşdur. Lakin bilik və texnologiyaların transferi ilə bağlantıların iqtisadi faydaları adətən iqtisadi qeyri-müəyyənliklə bağlı çağırışlar mövcud olduqca hər zaman aşkar deyil. Çağırışların müəyyən olunması, o cümlədən geniş bağlantıların potensial imkanlarının müxtəlif kanallar vasitəsilə aşkar edilməsi ilə Mühüm Bağlantılarla bağlı hesabat siyasəti formalaşdıranlara növbəti on illiklərdə vacib bağlantıların gücləndirilməsi üçün təməlin qurulmasında yardım edə bilər.