2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda ticarət və xidmət sektoruna verilən kreditlər 68,8 milyon manat azalaraq 2 milyard 310.7 milyon manata düşüb. Ötən ilin sonunda ticarət və xidmət sektoruna verilən kreditlər 2 milyard 379.5 milyon manat təşkil etmişdi.
FED.az xəbər verir Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ticarət və xidmət sektoruna verilən kreditlər Yanvarda 106,7 milyon manat azaldıqdan sonra Fevralda 20,9 milyon manat, Martda isə 17 milyon manat artıb.
Eləcə də bax: Azərbaycan əhalisi bankdan krediti nə üçün görürür? – ARAŞDIRMA
31 Mart 2019-cu il tarixində cəmi kredit qoyuluşları 13 milyard 58 milyon manat təşkil edib. Ticarət və xidmət sektoruna verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 17.7% təşkil edib. Ötən ilin sonunda bu nisbət 18.3% idi.
Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin ilk rübündə cəmi kredit qoyuluşları 37,7 milyon manat artıb. Kredit qoyuluşları Yanvarda 135,6 milyon manat azaldıqdan sonra Fevralda 89,9 milyon manat, Martda isə 83,4 milyon manat artıb.
Cəmi kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının və ya 11.9%-nin ödəmə vaxtı keçib.
2018-ci ildə ticarət və xidmət sektoruna verilən kreditlər 310,3 milyon manat artmışdır.
©Marja