MTM-in həyata keçirdiyi monitorinqin nəticələri göstərir ki, 2024-cü ilin iyun ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 4887 məqalə dərc edilib.
Hansı daha sərfəlidir: «atb card kredit», yoxsa, «Ucard» - MÜQAYİSƏ
FED.az xəbər verir ki, bu barədə “Media Təhlil Mərkəzi” İctimai Birliyi araşdırma aparıb.
Ötən ay dərc olunan məqalələrin 24,6%-i Kapital Bankın, 21,7%-i ABB-nin, 13,5%-i Paşa Bankın, 40,2%-i isə digər bankların fəaliyyəti ilə bağlı olub.
Ötən ay qeydə alınan nəticələri 2022 və 2023-cü illərin iyun ayındakı rəqəmlərlə müqayisə etsək, cari ildə onlayn medianın bankların fəaliyyətinə daha çox yer ayırdığını görərik. Belə ki, 2022-ci ilin iyun ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 1728, 2023-cü ilin iyun ayında isə 2385 məqalə dərc edilib.