Azərbaycanda ipoteka kreditləri əsasən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə məhdudlaşır. Amma bəzi banklar var ki, onlar öz vəsaitləri hesabına ipoteka krediti ayırır.
Əmək haqqı xərclərinin həcminə görə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Kredit portfelindən faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Kredit portfelindən faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.05.2025/30.06.2026)
Haqq və komissiya gəlirləri dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Hüquqi şəxslərin depozitlərinin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı öz vəsaiti hesabına ipoteka krediti ayıran bankları və onların kredit şərtlərini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, ölkədə cəmi 5 bankda “ABB”də, “Kapital Bank”da, “Xalq Bank”da, “AFB Bank”da və “Ziraat Bank Azərbaycan”da daxili ipoteka krediti mümkündür.
Banklar daxili ipoteka kreditlərində fərqli təkliflər irəli sürürlər. Bəzi banklarda daxili kredit yalnız bankın partnyor olduğu tikinti şirkətlərindən mənzil alınması üçün verilir.
Elə banklar da var ki, mənzillə yanaşı, torpaq almaq üçün və ev təmir etmək üçün də ipoteka krediti təklif edirlər.
Ümumiyyətlə, bankların ipoteka kreditinin məbləği 500 min manata qədər, müddəti 25 ilə qədər, illik faiz dərəcəsi 11%-19,3% dərəcəsi arasında dəyişir. Komissiya məbləği də banklardan asılı olaraq 0,5%-1,1% arasında müəyyənləşir. Bundan başqa da, ilkin ödəniş də banklardan və onun şərtlərindən asılı olaraq 15%-30% arasında müəyyənləşin.
Ölkənin ən böyük bankı olan “ABB Bank”da müxtəlif təyinatlı daxili ipoteka kreditləri verilir. Buraya, mənzil, fərdi yaşayış və bağ evləri üçün ipoteka krediti, partnyor tikinti şirkətləri üzrə ipoteka krediti, torpaq ipoteka krediti, ev tikinti ipoteka krediti daxildir.
Bankın təklif etdiyi kredit şərtləri daha ətraflı:
|
ABB |
|||
|
Mənzil, fərdi yaşayış və |
Rəsmi gəliri olan müştərilərə yeni tikililərdə çıxarışlı və çıxarışsız mənzil, köhnə tikililərdə isə çıxarışlı mənzil, bağ və həyət evləri almaq imkanı təqdim edən daxili ipoteka kreditidir. |
Kreditin maksimum |
İlkin ödəniş: |
|
Partnyor tikinti |
Bankın partnyorları olan tikinti şirkətlərinə məxsus çıxarışsız mənzillərin, həmçinin fərdi yaşayış evlərinin alınması üçün nəzərdə tutulan daxili ipoteka kreditidir. |
Kreditin maksimum |
Partnyorlar - "Kristal", |
|
Torpaq |
Bakı, Sumqayıt, Abşeron, Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz ərazilərində çıxarış sənədi və təyinatı yaşayış sahəsi olan torpaq sahəsinin alışı üçün nəzərdə tutulan ipoteka kreditidir. |
Kreditin maksimum |
İlkin ödəniş - 30%. |
|
Ev tikinti ipoteka krediti |
Yaşayış təyinatlı çıxarışlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan daxili ipoteka kreditidir. |
Kreditin maksimum |
İlkin ödəniş - 15% |
Daxili ipoteka krediti təklif edən banklar arasında ölkənin ikinci ən böyük bankı “Kapital Bank” da var. Bu bankda da müxtəlif təyinatlı daxili ipoteka kreditləri mövcuddur. Partnyor şirkətlər üzrə ipoteka krediti, çıxarışlı və çıxarışsız evlər üçün ipoteka krediti, torpaq və ev tikintisi ipotekası aktivdir.
“Kapital Bank”ın təklif etdiyi daxili ipoteka kreditləri daha ətraflı:
|
KAPİTAL BANK |
|
||||
|
Partnyor şirkətlər üzrə ipoteka |
Partnyor tikinti şirkətlərindən alınan çıxarışlı və çıxarışsız mənzillər üzrə ipoteka krediti |
Kreditin maksimum |
|||
|
Çıxarışlı evlər üçün ipoteka |
Yeni və köhnə tikili binalarda çıxarışlı mənzillərin, həmçinin fərdi yaşayış və bağ evlərinin alınması üçün nəzərdə tutulan, bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti |
Kreditin maksimum |
İlkin ödəniş - Borcalanın gəliri rəsmi olduqda: 15%-dən başlayaraq |
||
|
Çıxarışsız evlər üçün ipoteka |
Yeni tikili binalarda çıxarışsız mənzillərin alınması üçün nəzərdə tutulan, digər çıxarışlı daşınmaz əmlakın təminatı ilə bankın daxili vəsaiti hesabına təqdim olunan ipoteka krediti (partnyor şirkətlərdə fərqli şərtlər tətbiq oluna bilər) |
Kreditin maksimum |
İlkin ödəniş - Borcalanın gəliri rəsmi olduqda: 15%-dən başlayaraq |
||
|
Digər gəlir mənbələri üzrə ipoteka |
Digər gəlir mənbələri olan şəxslər ( icarədar, repetitorlar, ticarətçi, peşə sahibləri və s.) və VÖEN ödəyicisi olan və olmayan fərdi sahibkarlar üçün təqdim edilən daxili ipoteka krediti |
Kreditin maksimum |
İlkin ödəniş - Borcalanın gəliri rəsmi olduqda: 15%-dən başlayaraq |
||
|
Torpaq ipotekası |
Çıxarış sənədi və təyinatı yaşayış sahəsi olan torpağın alışı üçün nəzərdə tutulan, bankın daxili vəsaiti hesabına verilən ipoteka krediti |
Kreditin maksimum |
İlkin ödəniş: |
||
|
Ev Tikinti ipotekası |
Ev tikinti ipotekası ölkənin istənilən ərazisində çıxarışlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisini maliyyələşdirən daxili ipoteka növüdür. |
Kreditin maksimum |
İlkin ödəniş: |
||
“AFB Bank” da daxili ipoteka krediti təklif edən banklardandır. Bankda yalnız partnyor şirkətlərlə ipoteka krediti verilir. Kreditin məbləği 20 min manatdan başalayır, illik faiz dərəcəsi 8%-dən, müddət 36 ayadək, komissiya isə 1% müəyyənləşib. İpoteka kreditlərinin ilkin ödənişi 30%-dir.
|
AFB BANK |
|||
|
İpoteka krediti |
Partnyor şirkətlərlə ipoteka krediti
(Avanqard MMC) |
Kreditin məbləği 20 min manatdan başlayır. |
İlkin ödəniş - 30%. |
“Xalq Bank”da da bankınöz vəsaiti hesabına təklif etdiyi ipoteka krediti mövcuddur. Bu bankda həm partnyor şirkətlərdən, həm də fərdi şəkildə daxili ipoteka krediti almaq olar. “Xalq Bank”da daxili ipoteka kreditlərində bu ilin sonuna kimi xüsusi kampaniya var. Kampaniya şərtlərinə əsasən 30.12.2026-dək daxili ipoteka krediti müddətdən asılı olmayaraq illik 11 %-dən təklif edilir.
|
Xalq Bank |
|
||||
|
İpoteka krediti |
Xalq Bankın öz vəsaiti hesabına təklif etdiyi |
Kreditin maksimum |
Partnyorlar - "Greenville Residence", "Star Life Residence", "Mirvari City", "Şəhər İncisi", "Çinarlı Park", "Eleven Park", "BCR Xətai", "Central Towers", "BCR Olimpik", "Lake City by Minera", "Bağça Şəhər", "City Garden, Highland Residence", "Park Xırdalan", "Boulevard Palace". |
||
|
|
|||||
Daxili ipoteka krediti təklif edən digər ban “Ziraat Bank Azərbaycan”dır. Bank proqramı ilə verilən ipoteka kreditlərində kreditin məbləği AZN valyutası olmaq şərtilə alınan əmlakın ekspert dəyərinin maksimum 70% -i həcmində ola bilər. Kreditin müddəti 60 ay təşkil edir. İllik faiz dərəcəsi 12%-dən başlayır.
|
ZİRAAT BANK |
|
||||
|
İpoteka krediti |
Bank proqramı ilə verilən ipoteka krediti. |
Kreditin məbləği AZN valyutası olmaq şərtilə alınan əmlakın ekspert dəyərinin maksimum 70% -i həcmində ola bilər. |
Yeni inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzil alışı zamanı borcalana və ya üçüncü şəxsə məxsus digər daşınmaz əmlak (Mənzil, Fərdi yaşayış evi və bağ evləri) təminat qismində çıxış edə bilər. |
||
|
|
|||||













