Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadzenin Dünya Bankında fəaliyyətini davam etdirəcəyi gözlənilir.
FED.az xəbər verir ki, sabiq hökumət başçısı DB-nin Direktorlar Şurasına üzv olmağa hazırlaşır.
Eləcə də bax: Gürcüstanın yeni baş naziri - MƏLUM OLUB
M.Baxtadze şuraya üzv seçilməsi ilə bağlı təklifi ABŞ-dan alıb.
Direktorlar Şurasına seçkilər 2020-ci ilin yazında keçiriləcək.
Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri olub. O, sentyabrın 2-də istefa verib.
Report.az