Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən "RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Bayramov 4 il, R. Qasımov isə 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.