“Rabitəbank” ASC-nin Ritey Bankçılıq Departamentinin direktoru Fəxri Bağıyevin FED.az saytına müsahibəsi.
- Fəxri müəllim, bildiyimiz kimi son dövrlər yaşanan qlobal hadisələr bank sahəsindən yan keçmədi. Misal üçün, məsafədən xidmətlər, onlayn bankçılıq ön plana çəkildi. Bəs sizin bankda onlayn xidmətlərin inkişafı ilə bağlı hansı yeniliklər var?
- Bank xidmətlərimizin fasiləsiz fəaliyyətini təmin etmək, həmçinin xidmətalma imkanlarının artırılması istiqamətində daim təkmilləşdirmə işləri həyata keçirilir. Bu istiqamətdə təbii ki, əsas məqsədimiz müştərilərin rahatlığını təmin edərək daha çox məhsullardan faydalanma imkanlarını artırmaq, xidmətalma prosesini daha da rahatlaşdıraraq, vaxt itkisini minimuma endirməkdir. “Rabita Mobile" mobil tətbiqi, İnternet Bankçılıq və "RabitaBot" çatbotu rəqəmsal platformada qabaqcıl xüsusiyyətlərə malik olmaqla müştərilərin bank xidmətlərindən istifadəsini asanlaşdırıb. Mobil əlavəmiz vasitəsilə müştərilərin kreditini istənilən bank kartı ilə və ən əsası komissiyasız ödəmək imkanı var.
Bununla yanaşı, müştərilər bu tətbiqdə ƏDV geri ala bilərlər. Artıq bir aya yaxındır ki, rəsmi saytımızda “Onlayn növbə” funksiyasını müştərilərimizin istifadəsinə vermişik. Müştərilərimiz filiala yaxınlaşdıqda vaxt itirmədən və növbə gözləmədən bank xidmətlərimizdən rahatlıqla yararlana bilirlər.
- Hazırda bankın istehlak kreditləri üzrə satışın neçə faizini onlayn kreditlər təşkil edir?
- Hazırda onlayn bank xidmətlərinin tətbiq olunma miqyasını genişləndirmək, müştərilərimizin ehtiyaclarına uyğun yeni məhsul və xidmətlərimizi təqdim etmək, bunların bilavasitə nəticəsi kimi müştəri məmnuniyyətini yüksəltmək bu dövrün strategiyasına əsasən prioritet məqsədlərimizdəndir. Elə bunun nəticəsidir ki, istehlak kreditləri üzrə satışın 30%-i onlayn satış kanallarının payına düşür. İlin sonuna qədər bu rəqəmin 50%-ə çatdırılmasını hədəfləşmişik.
- “Rabitəbank”da kart satışının inkişaf tempi hansı mərhələdədir? Onlayn müraciətlər ümumi satışın neçə faizini təşkil edir?
- İlk öncə onu qeyd edim ki, Bankımız müştəri məmnuniyyətini və keyfiyyətli bank xidməti göstərilməsini daim diqqət mərkəzində saxlayaraq bank sektorunda yeniliklərin tətbiqinə hər zaman önəm verib. Bu səbəbdən davamlı olaraq müştəri rahatlığı istiqamətində addımlar atılır, onlayn sifariş platformamızı müştəri komfortuna uyğun tənzimləyirik. Təsadüfi deyil ki, bu ilin aprel ayında Rabitəbankın kart satışlarının 60%-ə yaxını onlayn satışın payına düşüb.
- Son günlər sosial şəbəkələrdəki rəylərə əsasən cəmiyyət arasında “Kartmane” kartının üstünlükləri barədə çox eşidirik. Nəyə görə Kartmane mütləq pulqabımızda olmalıdır? Üstünlükləri nədir?
- Biznesin inkişaf etdirilməsi ücün kreditlərlə yanaşı bank çoxfunksiyalı mobil tətbiqi və unikal keşbək sistemli “Kartmane” kartı ilə müştərilərini rahat bankçılıq imkanları ilə təmin edib. Dünyanın istənilən nöqtəsində YDM-lərdə 10%, kafe &restoranlarda 5%, həmçinin Azərbaycandakı tərəfdaş şəbəkəmizdə 25%-dək keşbek qazanmaq imkanı var. Təmassız ödəmə üsulu “PayPass Sticker” də müştərilər tərəfindən rəğbətlə qarşılanır və Kartmanenin üstünlüyünə üstünlük qatır. Məhsulun standart şərtləri ilə yanaşı mütəmadi olaraq məhsula özəl kampaniyalar təşkil olunur ki, bu da Kartmanenin üstünlüklərinə və bazardakı rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Kartmanenin daim genişlənən partnyor şəbəkəsi hal-hazırda 1000-ə yaxın merchant olmaqla müştərilərə iki tərəfli keşbek qazanmaq imkanı yaradır.
- Pandemiya dövründə müştərilərin maliyyə rahatlığını təmin etmək üçün hansı tədbirlər görülüb?
- Pandemiya dövründə müştərilərin rahatlığını təmin etmək məqəsdilə çatdırılma xidməti vasitəsilə üstünlüklərlə dolu Kartmane kartını müştərilər evdən, işdən və yaxud olduğu məkandan ayrılmadan əldə edə bilirlər və bunun üçün heç bir xidmət haqqı ödəmirlər. İnnovasiyaların tətbiq olunduğu bir dövrdə biz də öz növbəmizdə müştərilərimizi innovativ xidmətlər və yeniliklərlə sevindirməkdə davam edirik. Artıq müştərilərimiz evdən, işdən və yaxud olduğu məkandan ayrılmadan bankımızın bir çox məhsullarından onlayn yararlana bilirlər.
- Son zamanlar müştərilərinizin müraciətlərində hansı növ məhsullara tələbatın daha çox olduğu nəzərə çarpır?
- Müştəri tələbatının çox və ya az olması bizim təklif etdiyimiz məhsullardan asılıdır. Təklifimiz müştərini qane edirsə əlbəttə həmin məhsullara tələb artır. Misal üçün son zamanlar müştərilərimizin müraciətləri sırasında Kartmane satışına tələbatın artdığının şahidi oluruq. Buna səbəb təkcə pandemiya dövrünün tələbindən irəli gələn onlayn alış-verişin artması deyil, həmçinin, Kartmane-nin daim yenilənən keşbek şərtləri, kartın ünvana pulsuz çatdırılması xidmətinin olmasıdır.
Bununla yanaşı istehlak kreditləri bazarında rəqabətli faizlərimiz və adekvat şərtlərimiz də “Nağd pul krediti” üzrə rekord satışlar həyata keçirməyimizə səbəb olub. Şəxsi mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə etmək məqsədilə ipoteka kreditlərinə olan tələbatın artdığını da xüsusi qeyd etmək lazımdır.
Müştərilərin dəyişən ehtiyaclarına hər zaman uyğunlaşan Rabitəbank il sonunadək yeni və fərqli məhsullar təqdim etməyi planlaşdırır. Bu məhsullar ilə əhalinin rahat maliyyə əlçatanlığının təmin edilməsinə hədəflənmişik.
- Məlumdur ki, Rabitəbank İpoteka və Kredit Zəmanət Fondu hesabına kredit verən banklar arasındadır. Ötən il İKZF hesabına verilən kreditlərə tələbat necədir və nə qədər insan faydalanıb?
- Vurğuladığınız kimi, Rabitəbank İpoteka və Kredit Zəmanət Fondu hesabına kredit verən banklar arasında ön sıralardadır. Son dövrlərdə isə bu tendensiya daha da artmaqdadır. 2020-ci il üzrə digər ipoteka məhsulları üzrə statistik göstəricilərə nəzər salsaq, İKZF hesabına 169 ailə üçün güzəştli ipoteka krediti rəsmiləşdirilməklə mənzil sahibi olmalarına vəsilə olduq. Cari ilin ilk 6 ayı ərzində isə 154 ailə öz mənzil arzularını gerçəkləşdirib və ilin sonunadək bu sayın daha da çoxalacağı istisna edilmir.