Bu ilin III rübünə “Expressbank”ın faiz gəlirləri 60 milyon 657 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 11 milyon 17 min manat və ya 22,2% artım deməkdir.
Faiz gəlirlərinin mütləq əksəriyyətini – 57 milyon 905 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 716 min manat və ya 25,4% artıb.
Hesabat dövründə bankın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 127 min manat (30,7%) artaraq 539 min manata, digər faiz gəlirləri isə 18 min manat (9,2%) artaraq 216 min manata çatıb.
Bunun əksinə olaraq, banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 608 min manat və ya 68,9% azalaraq 274 min manata enib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 236 min manat və ya 12,1% azalaraq 1 milyon 722 min manat olub.
Xatırladaq ki, ötən ilin III rübünə “Expressbank”ın faiz gəlirləri 49 milyon 640 min manat təşkil etmişdi.














