“Expressbank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 60,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon manat (22,2%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 57,9 milyon manata yüksəlib ki, bu da illik 11,7 milyon manat (25,4%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 539,4 min manat olub. Bu da illik 126,9 min manat (30,7%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 274,1 min manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1,7 milyon manat, digər faiz gəlirləri isə 216,4 min manat təşkil edib.
Bankın faiz xərcləri 21,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon manat (49,5%) artıma bərabərdir
Bundan depozitlər üzrə faizlərin 14,6 milyon manata bərabər olub, il ərzində 6,5 milyon manat (79,8%) artım qeydə alınıb.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 3,6 milyon manat təşkil edib. Bu da illik 1,1 milyon manat, başqa sözlə 42,8% çoxdur.
Pul bazarı alətlərinə ödənilən faizlər isə 278,2 min manata bərabər olub..
Nəticədə Bankın xalis faiz gəlirləri 39,6 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,0 milyon manat (11,4%) artım deməkdir.
Hesabat rübündə Expressbankın qeyri-faiz gəlirləri 14,4 milyon manat təşkil edib.
Bundan alınan haqq və komissiya gəliri 278,2 min manat (2,5%) artaraq 11,4 milyon manata yüksəlib.
Xarici valyutadan gəlir 2,5 milyon manata, digər gəlirlər isə 542,0 min manata bərabər olub.
Qeyri-faiz xərcləri 38,7 milyon manat təşkil edib, son bir il ərzində 3,3 milyon manat (9,3%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 19,4 milyon manata bərabər olmaqla il ərzində 2,2 milyon manat (12,8%) artıb.
Ümumi və inzibati xərclər 5,6 milyon manat təşkil edib.
Digər xərclər isə 12,3 milyon manat təşkil edərək 2024-cü ilin 3-cü rübünə nəzərən 809,1 min manat (7%) artıb.
Beləliklə, bankın əməliyyat mənfəəti 15,3 milyon manat olub.
Hesabat dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 7,6 milyon manat olub. Bu da son bir il ərzində 3,7 milyon manat (93,2%) artıma bərabərdir.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 7,7 milyon manat təşkil edib.
Hesabat dövründə bank 1,7 milyon manat mənfəət vergisi ödəyib..
Bütün bunların yekununda, Expressbank 2025-ci ilin 9 ayını 6 milyon manat xalis mənfəətlə başa vurub.
Exbressbank bu dövrdə 645,5 milyon manat cəmi aktivlərə malik olub. Bu, ilin əvvəli ilə müqayisədə 25,3 milyon manat (4,1%) artımdır.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş kreditlərin artmasıdır. Ümumi kredit portfeli 530,6 milyon manata bərabər olub. Bu da son 9 ay ərzində 28,6 milyon manat (5,7%) böyümə deməkdir.
İstehlak kreditləri 228,3 milyon manata bərabər olmaqla 5,3 milyon manat (2,4%) artıb.
Biznes kreditləri 16,7 milyon manat (10,1%) artaraq 182,1 milyon manata yüksəlib.
Daşınmaz əmlak kreditləri isə 120,2 milyon manat olub ki, bu da 6,6 milyon manat (5,8%) artım deməkdir.
Nəticədə şirkətin xalis kredit portfeli 24,6 milyon manat və ya 5% artaraq 518,0 milyon manata çatıb.
Nağd pul vəsaitləri 51,0 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 8,3 milyon manat (19,5%) artımdır.
Bankın ticarət və investisiya qiymətli kağızları 39,8 milyon manat təşkil edib. Bu da 11 milyon manat, başqa sözlə 38% artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 11,3 milyon manata bərabər olub.
Əmlak və avadanlıqlar 4,6 milyon manat, qeyri-maddi aktivlər 902 min manat, digər aktivlər isə 17,4 milyon manat təşkil edib.
Expressbankın cəmi öhdəlikləri 509,6 milyon manat təşkil edib. Bu da, ötən ilin sonu ilə müqayisədə 28,1 milyon manat (5,8%) çoxdur.
Öhdəliklərin 296,6 milyon manatı depozit portfelinin payına düşüb. Depozit portfeli 9 ayda 34,5 milyon manat (13,2%) böyüyüb.
Fiziki şəxslərin depozitləri 52,2 milyon manat (25,8%) artaraq 254,5 milyon manata çatıb.
Hüquqi şəxslərin depozitləri isə 42,1 milyon manata bərabər olub
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 193,8 milyon manat olub. Bu öhdəliklərdə 2,9 milyon manat (1,5%) artım qeydə alınıb.
Digər öhdəliklər 17,6 milyon manat, cari vergi öhdəlikləri isə 1,5 milyon manat təşkil edib.
Bankın cəmi kapitalı 135,9 milyon manat həcmində olub.
Bölüşdürülmüş mənfəətin 17,3 milyon manata, ümumi ehtiyatlar 6,1 milyon manata bərabər olub.
Səhmdar kapitalı isə 112,5 milyon manat səviyyəsində dəyişməz qalıb.