Azərbaycanın aparıcı banklarından olan «Bank BTB»nin 2021-ci ilin ilk yarısına olan vəziyyəti açıqlanıb.
Aktivləri azalıb, mənfəəti 3 qat aşağı düşüb - BANK HESABATI
FED,az bankın maliyyə hesabatlarına əsasən xəbər verir ki, ilk yarım ildə bankın aktivləri 1,2 milyon manat azalaraq 354 933 min manat təşkil edib.
Bu dövrdə bankın nağd vəsaitləri 12,7 milyon manat, qiymətli kağızlara yatırımları 10,3 milyon manat, müştərilərə verilən xalis kreditlər 237,2 milyon manat təşkil edib.
İlin əvvəli ilə müqayisədə, qiymətli kağızlara yatırılan vəsaitlər 30%-dən çox azalıb, əvəzində kredit portfeli 15%-dən çox artaraq 206 milyon manatdan 237 milyon manata çatıb.
İlin əvvəlində Bank BTB-nin başqa banklarda 21,6 milyon manat depoziti olduğu halda, indi bu rəqəm 8,2 milyon manata düşüb, yəni 2,6 dəfə azalıb.
“Bank Melli İran”ın Bakı filialı birinci yarımillikdə aktivlərini - 3% Azaldıb - HESABAT
Maliyə institutlarına verilən kreditlər də 20 milyon manatdan 8 milyon manata düşüb.
Başqa sözlə, 2021-ci ilin ilk yarısında bank pandemiya dövrnüdə digər sahələrdə saxladığı vəsaitləri toplayaraq onları kreditləşməyə yönəldib. Nəticədə kredit portfelində ciddi artım baş verib.
Bankın öhdəlikləri isə 300 milyon manatdır. Bunun 122,9 milyon manatı fiziki əmanətlərinin payına düşüb. Hüquqi şəxslərin depozitləri isə 15,7 milyon manat təşkil edib.
«Bank BTB» üçün ciddi siqnal – son 6 ayda bankda hüquqi şəxslərin depozitləri 3 dəfəyədək azalaraq 42 milyon manatdan 15,7 milyon manata enib.
Bankın başqa maliyyə institutları qarşısında öhdəliyi isə 155,2 milyon manatdır. Bu ilin əvvəli ilə müqayisədə 10%-dən çox artım deməkdir.
Əvəzində ilk yarım ildə «Bank BTB» cəmi kapitalla olan vəziyyətini bir qədlər yaxşılaşdırıb – 53,9 milyon manatdan 54,9 milyon manata yüksəlib.
Amma ümumilikdə bankın nizamnamə kapitalı 66,45 milyon manatdır və indiyədək bankın 14,4 milyon manat yığılmış zərəri var.
2021-ci ilin ilk 6 ayında Bank BTB-nin faiz gəlirləri 12 284 min manat təhşkil edib, bunun 12 milyon manatı bankın kreditlərdən əldə etdiyi faizlərdir. Faiz xərcləri isə 7,5 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri təqribən 1 milyon manat və ya 7% azalıb. Faiz xərcləri isə 1 milyon manata yaxın və ya 13% artıb.
Nəticədə əgər 2020-ci ilin ilk yarısında bankın xalis faiz gəliri 6,6 milyon manat idisə, 2021-ci ilin eyni dövründə bu rəqəm 38% azalaraq 4,8 milyon manata düşüb.
Bankın qeyri-faiz gəlirləri isə 22% artaraq 2,8 milyon təşkil edib. İlin ilk yarısında Bank BTB-nin qeyri-faiz xərcləri 500 min manat və ya 6% azalıb.
Nəticədə bankın əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə azalaraq cəmi 108 min manat olub. Ötən il isə bu göstərici 912 min manat idi.
İlk yarım ilin nəticələrinə görə, bank məcburi ehtiyatlar üzrə ayırmaların 430 min manatını geri çəkib, bununla da yarım ili 538 min manat xalis mənfəətlə başa vurub.
Ötən il isə həmin dövrdə «Bank BTB» 107 min manat xalis zərər etmişdi.