"Bank Melli İran”ın Bakı filialı 2021-ci ilin birinci yarısında aktivlərini 3,3% - 90 milyon 640,888 min manata qədər azaldıb.
FED.az xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 56,6% - 8 milyon 179,473 min manata qədər artıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 49 milyon 557,287 min manat (31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma10,5%), investisiya qiymətli kağızları 24 milyon 554,746 min manat (artım 9,5%) təşkil edir.
30 iyun 2021-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 52 milyon 686,945 min manata (azalma 6,5%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 24,7% – 19 milyon 693,746 min manatadək azalıb, müştəri hesabları 34,8% - 14 milyon 423,627 min manatadək artıb.
İyun ayının sonuna bankın kapitalı 37 milyon 953,942 min manat (artım 1,5%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2021-ci il iyunun 30-na bankın xalis zərəri 35 milyon 657,228 min manat (ilin əvvəlindən azalma 1,6%) məbləğində olub.
Birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,9% - 575.159 min manatadək artıb.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. (İnterfaks)