Azərbaycan “Doing Business 2020” hesabatı üçün islahatları inkişaf etdirən 20 ölkə sırasındadır. Report agentliyi xəbər verir ki, bu barədə Dünya Bankının yaydığı məlumatda qeyd edilir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşaraq bunu Azərbaycanın uğuru adlandırıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycanda kiçik sahibkarların - KREDİTƏ ÇIXIŞINA DƏSTƏK VERİR
“Doing Business 2020” hesabatından öncə yayımlanan bloq yazısında qeyd edilir ki, Azərbaycan əsas 4 sahədə islahat aparıb:
“Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib. Onlar “Əmlakın qeydiyyatı”, “Azlıqda olan investorların hüquqlarının müdafiəsi”, “Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi” sahələridir.
Bakıda pilot layihə olaraq hər bir fərdi ərazinin rəsmi xəritələşməsi və qeydiyyatı nəticəsində əmlakın qeydiyyat daha da sürətlənib.
Ədalətli olmayan, yaxud sui-istifadə edən direktorlara qarşı məsuliyyətin tətbiqindən sonra azlıqda olan investorların müdafiəsi güclənib.
Həmçinin kommersiya mübahisələri yarandıqda tərəflər onlayn müraciət göndərə bilər və vasitəçilik üçün maliyyə əldə edə bilər”-deyə açıqlamada deyilir.
Qeyd edək ki, “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.