2019-cu ilin May ayının sonunda banklarda manatla və xarici valyutada cəmi depozitlər 16 milyard 663,5 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın “Kommersiya banklarının analitik balansı” başlıqlı statistikasına istinadən xəbər verir ki, depozitlərin 56%-ni və ya 9 milyard 338,1 milyon manatını xarici valyutadakı depozitlər, 44%-ni və ya 7 milyard 325,4 milyon manatını Manat depozitləri təşkil edib.
2018-ci ilin sonunda Manatda depozitlər 7 milyard 23,8 milyon manat, xarici valyutada depozitlər 9 milyard 399,5 milyon manat təşkil etmişdi. Beləliklə, ilk 5 ayda Manat depozitləri 301,6 milyon manat artıb, xarici valyutadakı depozitlər isə 61,3 milyon manat azalıb.
Devalvasiyalardan sonra, 2015-ci ilin sonunda banklardakı 16 milyard 504,3 milyon manat cəmi depozitlərin 12 milyard 608,5 milyon manatı və ya 76,4%-i xarici valyutada, 3 milyard 895,8 milyon manatı və ya 23,6%-i Manatda idi.