Azərbaycan və Dünya Bankı (DB) məşğulluğun dəstəklənməsinə 100 milyon dollar məbləğində kreditlə bağlı rəsmi danışıqları başa çatdırıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycana islahatları davam etdirməyi - TÖVSİYƏ EDİB
FED.az xəbər verir ki, “Azərbaycanda məşğulluğun dəstəklənməsinə 100 milyon dollar məbləğində kreditlə bağlı rəsmi danışıqlar artıq başa çatıb. Mart ayının sonunadək bankın Direktorlar Şurası tərəfindən kreditin təsdiqlənməsi planlaşdırılır”, - bankın Azərbaycan nümayəndəliyindən məlumat verilir.
Öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib ki, Azərbaycan hökuməti iyun ayınadək bu layihə ilə bağlı DB ilə kredit sazişini imzalamağı ümid edir.
Bankın kredit vəsaiti özünüməşğulluq proqramının inkiaşafına sərf olunacaq. 2019-cu ildə 10 min 354 vətəndaş bu proqrama cəlb edildi.
ƏƏSMN 2020-ci ildə Azərbaycan özünüməşğulluq proqramının maliyyələşdirilməsinə 63 milyon manat həcmində qiymtləndirilir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 3,4 milyard məbləğində kredit ayırıb.
“İnterfaks-Azərbaycan”