Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı bank – «Bank VTB Azərbaycan» 3-cü rübün sonu üzrə hesabatını açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Rusiya bankı 3-cü rübü mənfəətlə başa vurub.
Hesabat dövründə «Bank VTB Azərbaycan»ın faiz xərcləri 6 milyon 217 min manat, faiz xərcləri 2 milyon 453 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqaüisədə faiz gəlirlər 4,8% artıb. Faiz xərcləri isə 3,2 dəfə azalıb.
Eləcə də bax:Azərbaycanda daha bir bankın – VƏZİYYƏTİ MƏLUM OLDU
Nəticədə bankın xalis faiz gəlirləri 3 milyon 764 min manat olub.
Bankın qeyri-faiz gəlirləri 3 milyon 290 min manat, qeyri-faiz xərcləri 11 milyon 304 min manat olub.
Beləliklə, bankın xalis əməliyyat zərəri 4 milyon 250 min manat təşkil edib.
Bu dövrdə bankın mümkün zərərlər üzrə yaradılan məcğuri ehtiyatlar üçün ayırmalarının 11 milyon 756 min manatı azad olub.
Nəticədə «Bank VTB Azərbaycan» 3-gü rübü 6 milyon 363 min manat xalis mənfəətlə başa vurub.
Bu dövrdə «Bank VTB Azərbaycan»ın aktivləri 15,9 milyon manat və ya 11,8% artaraq 151 milyon 220 min manat olub.
Müştərilərə verilən kreditlər 232 milyon 493 min manat, xalis kreditlər isə 50 milyon 680 min manat təşkil edib.
Bankın öhdəlikləri isə 11,5% artaraq 89 milyon 593 min manat təşkil edib.
Bankın depozit portfelində 7,7% artım olaraq 63 milyon 273 min manata yüksəlib.
Bu dövrdə «Bank VTB Azərbaycan»ın kapitalı 12,1% artaraq 61 milyon 626 min manat olub.