Bank sektorunun kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2023-cü ilin yanvarında 75 milyon manat, fevralında 88 milyon manat, martında 281 milyon manat artdıqdan sonra, aprel ayında 341 milyon manat artıb.
Azərbaycanda kredit kartlarında - 417 MİN ƏDƏDLİK ARTIM!
FED.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, martın sonunda bank sektorunun kredit portfeli 20 milyard 39 milyon manat ikən, aprelin sonunda 20 milyard 380 milyon manata çatıb.
O cümlədən, apreldə biznes kreditləri 136 milyon manat artaraq 11 milyard 108 milyon manata, istehlak kreditləri 130 milyon manat artaraq 6 milyard 72 milyon manata, ipoteka kreditləri isə 75 milyon manat artaraq 3 milyard 199 milyon manata yüksəlib.
2023-cü ilin ilk 4 ayında (yanvar-aprel) biznes kreditləri 252 milyon manat, istehlak kreditləri 318 milyon manat, ipoteka kreditləri isə 214 milyon manat artıb. İlk 4 ayda cəmi kredilər 785 milyon manat artıb.
İstehlak kreditləri və ipoteka kreditləri portfeli (cəmi 9 milyard 271 milyon manat) əhalinin banklara olan qalıq borcudur. (Marja)