2021-ci ilin birinci yarısında “Kapital Bank” ASC ştatını artırmağa davam edib.
Eləcə də bax: «Kapitalbank» yenə böyük mənfəət açıqladı – 100 MİLYON MANAT!
FED.az xəbər verir ki, bankın birinci yarımilliyinin hesabatına əsasən, 2021-ci il iyulun əvvəlinə “Kapital Bank”da 2020-ci ilin sonuna 3620 nəfərə qarşı 3742 nəfər çalışıb. Beləliklə, cari ilin birinci yarısında “Kapital Bank” ştatını 3,4% artırıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə “Kapital Bank” əməkdaşlarının sayını 11,4% artırıb.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları PAŞA Holding (99,88%) və fiziki şəxslərdir (0,12%). (İnterfaks)