Bu gün Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin Sədri Abbas İbrahimov, müavinləri Nəbi Əliyev, Taleh Tahirli və Korporativ Biznesin İnkişafı Departamentinin direktoru Ülvi Qasımov İnnovasiyalar Agentliyini ziyarət ediblər.
FED.az xəbər verir ki, görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri, AzInTelecom MMC-nin direktoru Leyla Məmmədova da iştirak edib.
Görüş zamanı İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli agentliyin həyata keçirdiyi layihələr, fəaliyyəti və gələcək planlar haqda məlumat verib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri Abbas İbrahimov müasir bank sektorunda innovativ həll və fəaliyyətin vacibliyini vurğulayıb və Beynəlxalq Bankın bu istiqamətdə fəaliyyəti haqqında danışıb.