Azərbaycanın ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankının (ABB-Bank) əməkdaşlarının sayı 2022-ci ilin ilk yarım illiyində sürətli artıb.
FED.az bankın yarım illik hesabatına istinadən xəbər verir ki, bir il əvvəl – 2020-ci ilin ilk yarısının yekununda ABB-nin əməkdaşlarının sayı 2 332 nəfər idisə, 202-ci ilin sonunda bu göstərici 2 615 nəfərə, 2021-ci ilin ilk yarısında 2673 nəfər təşkil edib.
2022-ci ilin əvvəlində ABB-Bankın əməkdaşlarının sayı 2800-ə, ilk yarım ilin nəticələrinə görə isə 2908 nəfərə çatıb.
Xatırladaq ki, Beynəlxalq Bank 2022-ci ilin ilk yarısını 118,4 milyon manata xalis mənfəətlə bağlayıb. Yarım ilin nəticələrinə görə bankın aktivləri 12 milyard 83 milyon manat, öhdəlikləri 10 milyard 523 milyon manat, 1 milyard 559 milyon manat təşkil edib.