Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 6 ildir bu bankda çalışan Günel Baxşıyeva Hüquq Departamentinə direktor təyin edilib. G.Baxşıyeva bu vəzifədə Fəqan Novruzovu əvəzləyib.
Eləcə də bax: "Beynəlxalq Bank"da - YENİ TƏYİNATLAR
Bundan əvvəl həmin departamentin direktor müavini (2019-cu ilin fevralından 2020-ci ilin aprelinə qədər), daha əvvəl isə şöbə müdiri kimi çalışırdı.
Qeyd edək ki, Günel Baxşıyeva Britaniyanın Leiden Universitetində magistr dərəcəsinə yiyələnib.