Azərbaycan Beynəlxalq Bankı Visa ilə birlikdə ödəniş üzükləri məhsulunu təqdim edib. Məhsulun satışına Mart ayından başlanılacaq.
FED.az xəbər verir ki, yeni məhsulu Bakıda keçirilən “Visa Cashless Forum”da Bankın əməkdaşı Əfqan Abbasov təqdim edib.
Eləcə də bax: Üzük ilə ödəmə sistemi - AZƏRBAYCANA GƏTİRİLİR
Əfqan Abbasov bildirib ki, ödəniş üzlükləri rahat ödəniş deməkdir və təmiassız ödəniş vərdişinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu üzük vasitəsilə POS-terminalda 1 saniyə ərzində ödəniş etmək müknüdür.
Ödəniş üzüyü keramika materialdan hazırlanır, batareya və enerji yığmasına ehtiyac yoxdur, zərbəyə və suya davamlıdır. Fərqli ödəniş vasitəsi olan ödəniş üzüklərinin daxilində təmassız ödənişlərin qəbulu üçün qəbuledici və çip mövcuddur.
Üzük yalnız ödəniş üçün nəzərdə tutulmayıb, bu üzükləri avtomobilinizə, mənzilinizə, kompyuterinizə daxil olmaq üçün açar kimi də istifadə edə biləcəksiniz.
Gələcəkdə üzük vasitəsilə Beynəlxalq Bankın ATM-lərdən pul çıxarmaq da mümkün olacaq.
Qeyd edək ki, Visa-nın məhsullarından biri də "ağıllı üzük"dür. Yaxın əlaqə texnologiyası (NFC) ilə çalışan "ağıllı üzük" ilə POS-terminallarda ödəniş etmək mümkündür.
Marja