20-30 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.
Səyahət zamanı xaricdə internet axtaranlar üçün - ABB-dən eSİM xidməti - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu kredit “gəl-gəl” deyir! – EXPRESSBANKDAN TƏKLİF
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 180 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, "Azərpoçt"un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
Bayram günlərində fəaliyyət göstərəcək banklar, filial və şöbələr - SİYAHI
Bayram günlərində fəaliyyət göstərəcək "Azərpoçt"un satış nöqtələri - SİYAHI
Bayram günlərində fəaliyyət göstərəcək valyuta mübadiləsi məntəqələri - SİYAHI













