Azərbaycanda ilk dəfə olaraq həyat tərzi bankçılığına xüsusi diqqət yetirən ABB səyahət edənlər üçün olduqca maraqlı yeniliyi istifadəyə verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, indiyə qədər ABB Bankın «ABB mobile» tətbiqində çoxsaylı xidmətlər vardı. Məsələn tətbiq vasitəsilə səyahət sığortası, visa müraciətlərinə dəstək, hesabdan çıxarış və arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB AZAL Miles kartlarından istifadə kimi faydalı xidmətlər var idi.
İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm yenilik edərək - ABB-eSIM xidmətini istifadəyə verib. Bununla da xaricə səfərlər zamanı internetə çıxış problemi keçmişdə qalır. Daha dəqiqi «ABB mobile» tətbiqinin hər bir istifadəçisi ölkə xaricində səfərdə olarkən tətbiqdə özünə uyğun ABB-eSIM paketini seçib, rahatlıqla internet şəbəkəsinə qoşulur.
ABB-eSIM xidməti - istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan xidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internet bağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindən həyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etmək və izləmək imkanı verir.
Qeyd edək ki, eSIM (embedded SIM) - fiziki SIM kartı əvəz edən virtual SIM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir və aktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadə etmək olur.
eSIM-in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə, fiziki SIM kartı dəyişdirməyə ehtiyac qalmır. eSIM-lə müxtəlif ölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur. Roaminq xidmətlərindən fərqli olaraq eSIM paketlərində daha sərfəli tariflər seçmək mümkündür.
ABB mobile tətbiqi vasitəsilə istifadəçilər ABB-eSIM xidmətini də fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərək dərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısından yararlana bilərlər. eSIM-i aktivləşdirmək çox sadə və rahatdır. QR kodu skan etməklə eSIM-i sürətli şəkildə aktivləşdirmək olur.
ABB-eSİM xidmətinin üstünlüklərindən biri də odur ki, ABB mobile vasitəsilə eSIM əldə edilərkən 18% əlavə dəyər vergisi tətbiq olunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanı deməkdir.
Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABB yeni layihələrlə davam etdirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.












