“Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır”
Eləcə də bax: Sahibkarlar yeni sistemdə 630 milyon manat - KREDİT SİFARİŞ VERİBLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Ola bilər ki, kimlərsə ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edir, banklar da bunu biləndə təbii ki, həmin şəxslərə tədbirlər görürlər”, - deyə o, qeyd edib.