2022-ci ilin 10 ayında Azərbaycan bankları 770 mln. manat xalis mənfəət əldə ediblər.
Bankların kreditlərinin artım sürəti azalıb – GÖSTƏRİCİLƏR AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, təkcə oktyabr ayı ərzində bankların xalis mənfəəti 87 milyon manat təşkil edib.
Banklar 2022-ci ilin ilk 10 ayı ərzində 1 milyard 116,7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.