Oktyabr ayında Azərbaycan banklarının kredit portfeli 313,6 milyon manat və ya 1,6% artaraq 19 milyard 470,8 milyon manata yüksəlib.
Azərbaycanda sığorta haqları artır, ödənişlər azalır – YENİ RƏQƏMLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% və ya 10 milyard 912.6 mln. manat təşkil edib.
Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16,9% və ya 2 milyard 811,7 mln. manat artıb.
Mərkəzi Bank açıqlayıb ki, biznes portfelinin 10,3%-i və ya 1 milyard 120.1 mln. manatı dövlət fondları hesabına verilib.
Bununla yanaşı, qeyd edək ki, oktyabr ayının yekunlarına görə, bankların kredit portfelinin artım sürəti zəifləyib. Belə ki, sentyabr ayında banklar 518 milyon manat kredit vermişdilər.