Bu ilin fevralın 1-nə banklar tərəfindən xarici valyuta ilə Azərbaycanın 26 rayon və şəhərinə manatla təxminən 4,3 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 4,1 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlar rayon və şəhərlərə nəzər yetirdikdə Zaqatala rayonunun payına 49,5 milyon manat, Sumqayıt şəhərinə 44,2 milyon manat, Gəncə şəhərinə isə 17,1 milyon manat düşüb.
Banklar tərəfindən xarici valyutada Şirvana 13,9 milyon manat, Qəbələyə 6,8 milyon manat, Xaçmaza isə 6 milyon manat kredit verilib.
Qazax rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 4,5 milyon manat, Ağdaş üzrə 4,4 milyon manat, Quba üzrə 3,2 milyon manat Tovuz rayonu üzrə isə 2,3 milyon manat təşkil edib.
Bundan başqa xarici valyutada kreditlərin məbləği Abşeron üzrə 1,7 milyon manat, Mingəçevir üzrə 1,2 milyon manat, Lənkəran və Şuşa üzrə 1 milyon manat təşkil edib.
Ən aşağı kredit məbləği isə hər birində 0,2 milyon manat olmaqla Neftçala, Cəlilabad, Füzuli və Salyan, 0,3 milyon manat olmaqla Lerik və Naxçıvan, 0,4 milyon manat olmaqla Ağcabədi və Siyəzən, 0,7 milyon manat olmaqla İsmayıllı və Kəlbəcər, 0,9 milyon manat olmaqla Şəmkir rayonunun payına düşüb.