Azərbaycanda bank krediti ilə problemi olan problemli müştərilərin «qara siyahısı»ndan 270 təşkilat istifadə edir.
Gözümüzdən qaçan qəpiklər kredit tarixçəmizi korlaya bilər - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə iyunun 23-də Bakıda işinə başlayan I Beynəlxalq Kredit Hesabatlılığı Konfransda məlumat verilib.
"Azərbaycan Banklar Assosiasiyası" - ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, son illər ölkədə problemli kreditlər kəskin azalıb - vaxtı keçmiş kreditlər isə 72 % azalaraq 449 milyon manata düşüb.
Bu prosesdə 2018-ci ildə ölkədə Kredit Bürosunun yaradılmasının xüsusi rolu olub. İndiyədək Kredit Bürosu fəaliyyətini ciddi surətdə inkişaf etdirib və genişləndirib.
Belə ki, 2018-ci ildə cəmi 8 bankın iştirakı ilə yaradılan və 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosunun əməkdaşlarının sayı hazırda 50 nəfəri ötüb. Bundan başqa, büronun təqdim etdiyi məlumatlar da genişlənib. Əvvəllər Büroda yalnız kredit tarixçələri barədə məlumatlar toplanılırdı. İndi isə həmin xidmətlərin sayı 35-dən yuxarıdır.
Əvvəllər kredit bürosu yalnız banklar və BOKT-larla əməkdaşlıq edirdisə, bu gün büro ilə əməkdaşlıq edən təşkiatların sayı 270-ə çatıb.