Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli 4,6 milyard manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə paytaxt Bakıda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 4,4 milyard manatdan bir qədər yüksək olub.
Zaqatala rayonunda xarici valyutada 71,7 milyon manat kredit verilib.
Sumqayıt şəhərinə xarici valyutada verilmiş kreditlərin məbləği 45,2 milyon manat təşkil edib.
Gəncə şəhəri 16,8 milyon manatla 4-cü pillədə qərarlaşıb.
Rayonlara gəldikdə xarici valyutada kreditlərin məbləğinə görə Şirvan rayonu 15,7 milyon manatla 5-ci, Xaçmaz rayonu 9,6 milyon manatla 6-cı, Qəbələ rayonu 6,8 milyon manat 7-ci, Qazax 4,6 milyon manatla 8-ci, pillədə, Ağdaş rayonu 2,8 milyon manatla 9-cu olub. İlk onluğun sonuncu pilləsini 2,4 milyon manatla Tovuz rayonu tutub. Quba rayonu da bu həcmdə xarici valyutada kredit verib.
Ən az xarici valyutada kredit verilən rayonlar isə 0,1 milyon manatla Salyan rayonu, 0,2 milyon manatla Füzuli, Cəlilabad və Neftçala, 0,3 milyon manatla Naxçıvan şəhəri və Yevlax rayonu olub.