Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlayıb.
Eləcə də bax: Mərkəzi Bank pandemiya ilə bağlı - Əlavə Dəstək Tədbirlərinin Vaxtını Uzatdı
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.
Məlumata görə, 15 sentyabr 2020-ci il tarixinə pandemiya ilə bağlı 1,3 milyard manat məbləğində restrukturizasiya müraciəti olunub, müraciətlərin məbləğ üzrə 85%-i icra edilib. Hazırda banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.