Azərbaycan bankları manat əmanətlərinin dərəcəsini azaltmaqda davam edirlər.
Eləcə də bax: Banklar dollar əmanətini hansı faizlə götürürlər? – SİYAHI, FAİZLƏR
FED.az xəbər verir ki, hazırda ölkədəki 26 bankdan cəmi 7-də manatla əmanət faizi Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığortaladığı 10% və ondan artıqdır. Digər banklarda faizlər daha aşağıdır.
Eləcə də, 11 bankda əmanət faizləri 7%-dən aşağıdır.
Bir bank – Pakistan Mərkəzi bankının Bakı filialı ümumiyyətlə manat əmanəti qəbul etmir, Paşa Bank isə əmanəti fərdi razılaşma şərtləri ilə qəbul edir.
FED.az 20.07.2020-ci il tarixinə bankların manat əmanəti üzrə təklif etdiyi faizləri təqdim edir.