Azərbaycan bankları dollar əmanətindən mümkün qədər uzaq durmağa çalışırlar.
FED.az xəbər verir ki, dollarla əmanətləri qəbul etməməyə çalışan banklar ya bunu açıq elan edir, ya da əmanətə görə, olduqca aşağı faizlər təklif edirlər.
Eləcə də bax: Banklar manat əmanətini hansı faizlə götürürlər? – SİYAHI, FAİZLƏR
Belə ki, hazırda ölkədəki 26 bankdan 3-ü dollar əmanətini ümumiyyətlə qəbul etmir, bir bank fərdi şərtlərlə qəbul edir.
10 bankın isə illik faiz dərəcəsi 1%-dən aşağıdır.
Yalnız 5 bank dollar əmanəti üzrə 2% və daha artıq gəlir vəd edir.
FED.az 20.07.2020-ci il tarixinə bankların dollar əmanəti üzrə təklif etdiyi faizləri təqdim edir.