Pandemiyanın gətirdiyi problemlərdən sonra Azərbaycanın bank sektorunun infrastruktur göstəriciləri yaxşılaşmağa başlayıb.
Eləcə də bax: Azərbaycanda biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (01.04.2021)
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ilin əvvəlindən indiyədək Azərbaycanda 7 yeni bank filialı fəaliyyətə başlayıb. Bnunla da fəaliyyətdə olan bank filiallarının sayı 462-yə yüksəlib.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində Azərbaycanda 509 bank filialı vardı, ötən il 4 bankın fəaliyyətini dayandırması ilə ilin sonunda onların sayı 455-ə enmişdi. 2021-ci ildən filialların sayı yenidən artmağa başlayıb.
Təkcə aprel ayında ölkədə 4 yeni filial işə düşüb.
Bank filialları ilə yanaşı, bankda çalışanların sayında da artım var. Mayın 1-ə olan məlumata görə, ölkə banklarında təqribən 18 893 nəfər, təqribən 19 min nəfər çalışır, ilin əvvəlindən bəri bank əməkdaşlarının sayında 200 nəfərə yaxın artım var.
Qeyd edək ki, yuxarıda deyildiyi kimi, 2020-ci ildə 4 bankın fəaliyyətini dayandırması ilə bank işçilərinin sayı da azalmış, təqribən 1500 nəfər bank əməkdaşı işini itirmişdi – işçi sayı 19 846 nəfərdən 18 400-a azalmışdı.