Mütəmadi olaraq müxtəlif sahələrin iş adamları, ekspertləri və bank nümayəndələri ilə müsahibələri sizlərə təqdim edirik. Fins.az-ın bu dəfə ki, müsahibi Azər Türk Bankın mətbuat katibi Rauf Ağayevdir. Həmin müsahibəni sizə təqdim edirik.
Əhalinin bankınızdan kredit götürməsində artım ya azalma var?
2018-ci il ərzində Azər Türk Bankın kredit portfelinin həcmi 38 faiz artaraq 1 yanvar 2019-cu il tarixinə 164,9 milyon manat təşkil etmişdir. 12 aylıq kredit faizlərimiz 19%, tez-tez həyata keçirdiyimiz kampaniyalar ərzində 18 faiz həcmindədir.
Rəqəmsal bankçılıq sürətlə inkişaf edir, ənənəvi bankçılığı sıxışdırır. Rəqəmsal bankçılıq sahəsində qarşıdakı dövrdə bizi nə kimi texnoloji yeniliklər gözləyir? Bankınız yeni dövrə necə hazırlaşır? Rəqəmsal bankçılıqda qarşıya hansı hədəfləri qoymusunuz?
Bildiyimiz kimi, ənənəvi bankçılıqdan uzaqlaşmanın əsas səbəbi müştərilərin rəqəmsal bankçılıq sisteminə qoşulmaqla vaxt itkisinə yol vermədən, banka gəlmədən bank xidmətlərindən istifadə etmək imkanına malik olmasıdır. Hazırda bankımız SMS bildiriş, İnternet bankçılıq, Mobil bankçılıq, Card to Card, Cash-in, 3D-secure, Pin change xidmətlərini, təmassız kartları müştərilərinə təqdime dir. Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər Türk Bank bugünlərdə daha bir yeniliyi geçəkləşdirmək əzmindədir. Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz distant xidmətləri göstərmək məqsədi ilə tamamilə yeni platform üzərində qurulmuş internet bankçılıq xidməti onların ixtiyarına verəcəkdir. Bankın müştəriləri bu xidmət vasitəsilə maliyyə əməliyyatlarını daha sürətli və təhlükəsiz, daha geniş imkanlarla və ən əsası, daha sərfəli şəkildə həyata keçirə biləcəklər.
Son vaxtlar yerli banklar korporativ müştərilərə daha çox fokuslanıblar. Bankınız şirkətləri və sahibkarları özünə cəlb etmək üçün rəqəmsal mühitdə hansı yeniliklər edib?
Qeyd edək ki, istər fiziki şəxs olan müştərilərimiz, istərsə də korporativ müştərilərimiz üçün mütəmadi olaraq müxtəlif kampaniyalar həyata keçirilir. Hazırda təqdim etdiyimiz kampaniya çərçivəsində Azər Türk Bankla əmək haqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üç illik xidmət müddətli əmək haqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz verilir. Eləcə də fərdi sahibkar olan müştərilər bu kampaniyadan faydalana billirlər.
Bundan əlavə, kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı hədiyyə edilir. Kampaniya 30 aprel tarixinədək qüvvədədir. Belə bir kampaniya bu ilin yanvar, martaylarında da keçirilmişdir və çox effektli olmuşdur.
Həmçinin qeyd edildiyi kimi, Azər Türk Bank müştəriləri üçün tamamilə yeni İnternet Bankçılıq xidmətihazırlamışdır və bu günlərdə istifadəyə verəcəkdir.
Xatırladırıq ki, Azər Türk Bankın əməkhaqqı kartları ilə ölkənin istənilən bankının bankomatından pul çəkərkən faiz tutulmur.
Bankınızda depozit neçə faizlə qoyulur və depozitin hansı növləri var?
Hüquqi şəxslər üçün əmanətlər, yəni biznes əmanətləri üçün təklif edilən faiz dərəcəsi korporativ müştərilərlə əldə olunan razılaşmaya əsasən müəyyən edilir.
Fiziki şəxslər “Klassik” və “Avans” əmanəti növlərindən istifadə edirlər. Müştərilərin daha çox üstünlük verdikləri“Klassik” əmanətin faiz dərəcəsi illik 10%-dək, faizləri dərhal, əmanətin rəsmiləşdirildiyi gün əldə etmək imkanı verən “Avans” əmanəti 6%-lə qəbul edilir.
Bankda əmanət yerləşdirən müştərilərə üç il müddətinə ödəniş kartı hədiyyə edilir. Müştəri bu kartı bankın qüvvədə olan tariflərinə uyğun qaydada şəxsi, o cümlədən əmanətə aylıq şəkildə hesablanan faiz məbləğini əldə etmək məqsədi ilə istifadə edə bilər (bankın ATM şəbəkəsi və müştəri xidməti strukturlarında olan POS-Cash terminallar vasitəsilə əmanət faizlərinin nağd məxarici zamanı komisyon haqqı tətbiq edilmir). Eyni zamanda, müştərinin arzusu ilə bu kart üzrə kredit xəttinin açılması da mümkündür.
01 01 2019-cu il tarixinə Azər Türk Bankın depozit portfeli 167,5 milyon manat həcmində olmuşdurki, bunun da 55,3 milyon manatı əhalinin əmanətləridir.
Ümumiyyətlə, müştəri itkisinin qarşısını almaq üçün bankınız hansı işləri görür, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası(ABA) tərəfindən sizə hansısa dəstək yaxud təkliflər verilirmi?
Əlbəttə ki, müştərilərin rəğbətini qazanmaq əsas qayəmizdir. Fərəhlə bildiririk ki, 2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artaraq 48 351 nəfərə çatmışdır.