Məlumdur ki, biznesin genişləndirilməsi üçün əsas amil maliyyələşmədir. Amma bir çox hallarda öz işini böyütmək üçün sahibkarlara, xüsusilə də kiçik sahibkarlıqla məşğul olan şəxslərə əlavə vəsait tələb olunur. Məhz biznes-ideyaların reallaşması üçün bank VTB (Azərbaycan) kiçik biznesə “Sərmayə” kreditini təklif edərək yeni imkanlar yaradır.
Eləcə də bax:Yeni xidmət başladı – REFİNANS KREDİT – YENİ ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu kredit məhsulu həm şirkət, həm fərdi sahibkarlara verilir. Kiçik sahibkarlıq nümayəndələri sərfəli şərtlərlə 500 000 manatadək (və ya rubl ekvivalentində) kredit əldə edə bilər. Kreditin faiz dərəcəsi 14%-dən başlayır. Kredit 4 il müddətinədək verilir – belə bir müddət planlaşdırılan biznes layihəsinin reallaşdırılması üçün kifayətdir. Bundan başqa, əsas borcun ödənilməsi üçün 6 ayadək güzəşt müddəti mümkündür. Kredit həm annuitet (yəni aylıq) şəkildə, həm fərdi cədvələ əsasən ödənilə bilər.
Eləcə də bax:Azərbaycanda yeni şərtlərlə - İPOTEKA KREDİTİ BAŞLAYIB - MÜSAHİBƏ
“Sərmayə” krediti əmlakın alınması, o cümlədən nəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak, əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmaları, digər banklardakı borcların yenidən maliyyələşməsi üçün istifadə oluna bilər.