"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov işdən çıxıb.
“Azneft”də struktur dəyişikliyi - Baş direktor vəzifədən getdi
FED.az xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir. O, bu ilin yanvar ayına qədər "Premium Bank"ın sədri, K.Lətifov isə sədr müavini olub. Yanvarda onların yerləri dəyişdirilib. (Report)













