Bank VTB Azərbaycan 2018-ci ilin ilk yarısını olduqca pis nəticələrlə başa vurub.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən bildirir ki, bankın faiz gəlirləri 2018-ci ilin 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən 2,39 dəfə azalaraq 3 mln 727 min manata enib, qeyri-faiz gəlirləri 2,27 dəfə azalaraq 6 mln 792 min manat olub. Nəticədə xalis faiz gəlirləri olmayıb, xalis faiz zərərləri 2,13 dəfə azalaraq 3 mln 65 min manata enib.
Bankın ötən ilin 2-ci rübündə qeyri-faiz gəlirlərinin 6 mln 418 min manat olmasına baxmayaraq , bu ilin 2-ci rübündə bankın qeyri-faiz gəlirləri olmayıb və dövrü 4 mln 519 min manat zərərlə başa vurub. Qeyri-faiz xərcləri ötən ilə nəzərən 1,80% azalaraq 8 mln 497 min manata enib.
Beləliklə, bank bu ilin ilk yarısını 16 milyon 82 min manat xalis əməliyyat zərəri ilə başa vurub.
Eyni zamanda bu dövrdə bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 234 milyon 289 min manat ayırıb.
Yekunda, bank bu ilin 2-ci rübünü 250 mln 371 min manat zərərlə başa vurub. Xatırladaq ki, bank ötən ilin eyni dövrünü 3 milyon 92 min manat mənfəətlə, ümumilikdə 2017-ci ili isə 4 mln 753 min manat mənfəətlə başa vurub.
“Bank VTB”-nin “Balans” hesabatına əsasən FED.az xəbər verir ki, bankın cəmi aktivləri 3,23 dəfə azalaraq 125 mln 206 min manata enib.Kredit portfeli 2018-ci ilin 2-ci rübündə ötən illə müqayisədə 4,74 dəfə azalaraq 61 mln 557 min manat olub.
Bankın yarımillik göstəricilərində yeganə müsbət məqam kapitalını artırması olub. Son vəziyyətə VTB Bankın cəmi kapital 42,86% artaraq 55 mln 043 min manata yüksəlib.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən bildirir ki, bankın faiz gəlirləri 2018-ci ilin 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən 2,39 dəfə azalaraq 3 mln 727 min manata enib, qeyri-faiz gəlirləri 2,27 dəfə azalaraq 6 mln 792 min manat olub. Nəticədə xalis faiz gəlirləri olmayıb, xalis faiz zərərləri 2,13 dəfə azalaraq 3 mln 65 min manata enib. Bankın ötən ilin 2-ci rübündə qeyri-faiz gəlirlərinin 6 mln 418 min manat olmasına baxmayaraq , bu ilin 2-ci rübündə bankın qeyri-faiz gəlirləri olmayıb və dövrü 4 mln 519 min manat zərərlə başa vurub. Qeyri-faiz xərcləri ötən ilə nəzərən 1,80% azalaraq 8 mln 497 min manata enib. Beləliklə, bank bu ilin ilk yarısını 16 milyon 82 min manat xalis əməliyyat zərəri ilə başa vurub. Eyni zamanda bu dövrdə bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 234 milyon 289 min mpanat ayırıb. Yekunda, bank bu ilin 2-ci rübünü 250 mln 371 min manat zərərlə başa vurub. Xatırladaq ki, bank ötən ilin eyni dövrünü 3 milyon 92 min manat mənfəətlə, ümumilikdə 2017-ci ili isə 4 mln 753 min manat mənfəətlə başa vurub. Zərərin bu il üçün bu qədər olmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 234 mln 288 min “Bank VTB”-nin “Balans” hesabatına əsasən FED.az xəbər verir ki, bankın cəmi aktivləri 3,23 dəfə azalaraq 125 mln 206 min manata enib.Kredit portfeli 2018-ci ilin 2-ci rübündə ötən illə müqayisədə 4,74 dəfə azalaraq 61 mln 557 min manat olub. Cəmi kapital 42,86% artaraq 55 mln 043 min manata yüksəlib." style="width: 820px;" />
«Bank VTB»dən «qırmızı hesabat» - REKORD ZƏRƏRƏ DÜŞÜB
02:39
30 İyul 2018