Artıq 12 ildir ki, «Bank VTB Azərbaycan» öz müştərilərinə geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Korporativ biznesin inkişafını özünə hədəf qoyan bank, hər zaman sahibkarlar üçün məhsul və xidmətlərini inkişaf etdirir.
“Bank VTB (Azərbaycan)”da daha bir departament rəhbəri - Təyin Edilib
FED.az xəbər verir ki, «Bank VTB Azərbaycan»ın korporativ məhsulları və onların gələcək inkişaf planları haqqında sualları Bankın İdarə heyətinin üzvü Yasin Cəlilov cavablandırıb.
- Yasin müəllim, Bank VTB bu gün öz korporativ müştərilərinə, Azərbaycan sahibkarlarına hansı məhsulları təklif edir?
- Hər bir universal bank kimi, «Bank VTB Azərbaycan» da öz korporativ müştəriləri üçün geniş çeşiddə məhsul və xidmətlər təklif edir. İlk növbədə bu, hesablaşma kassa əməliyyatları və kreditləşmədir. Bizim bir neçə tanınmış kredit məhsullarımız var – sərmayə krediti, dövriyyə vəsaitləri üçün kredit və s. Bundan başqa, biz dövlət layihələri çərçivəsində də kreditlər təqdim edirik. Keçən il Bank uğurla İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun müvəkkil bankları sırasına qəbul olundu. Aramızda olan razılaşmaya əsasən Bank bu ildən müştəriləri həm güzəştli kreditlər üzrə, həm də pandemiyadan əziyyət çəkənlərə dəstək proqramı çərçivəsində fəal şəkildə maliyyələşdirməyə başladı.
- Bəs bankda hansı qeyri-kredit məhsulları var?
- Azərbaycan sahibkarların maraq göstərdiyi daha bir məhsulumuz - zəmanət məhsuludur. Bu məhsul müştərilərimizə Bank VTB Azərbaycanın birbaşa zəmanətindən istifadə edərək, ölkəmizə bir çox xarici dövlətlərdən məhsul idxal etməyə imkan verir. Çünki VTB Azərbaycanın zəmanətləri birbaşa, heç bir başqa bankın təsdiqi olmadan, qəbul olunur.
- Bank fəal şəkildə öz məhsullarının rəqəmsallaşdırılması üzərində işləyir. Sahibkarlar bu sahədə hansı yeniliklərdən istifadə edə bilər?
- Bu çox yaxşı və VTB Azərbaycan üçün çox aktual sualdır. Ona görə ki, hələ pandemiya başlamamışdan əvvəl Bank öz Yol xəritəsində rəqəmsal bankçılıq üzrə bir neçə layihə təsdiqləmişdi. Bunların arasında fərdi sahibkarlar üçün Çat-bank layihəsini qeyd etmək istərdim. Bu tam olaraq çat-bot deyil, fərdi sahibkarların öz gündəlik fəaliyyətlərində işlədə bildikləri tamfunksionallı bir mobil bankdır. O, fərdi sahibkarlara öz əsas əməliyyatlarını keçirməyə imkan verir.
- Korporatiiv müştərilər üçün hansı məhsulunuz var?
- O ki qaldı korporativ müştərilərimizə təklif etdiyimiz digər bir əsas məhsulumuza – İnternet banka – biz onun tətbiqinə çox hazırlaşmışdıq və bu il onu uğurla təqdim etdik. Bizim yeni internet bank bütün yüksək standartlara uyğundur, çoxfunksiyanallıdır. Bizim internet bankçılıq üzrə layihəmiz tam olaraq gələn ilin ortalarında bitməlidir, lakin artıq bu gün onunla bütün əsas əməliyyatları və tranzaksiyaları həyata keçirmək mümkündür. O, çox rahatdır, necə deyərlər, istifadəçi yönümlüdür. Müştərilərimiz bu tətbiqdən istifadə etməklə, istədiyi əməliyyatları həyata keçirə bilərlər.
- Yasin müəllim, Bankın rəqəmsal məhsullarla bağlı hansısa hədəfi varmı?
- Bankımızın strategiyasına əsasən 2022-ci ilin sonuna biz korporativ məhsulların onlayn kanallar üzərindən əlçatanlığını 100 %-ə çatdıracayıq, əsas kanal isə internet bank olacaq. Bu günə, qeyd etmək istərdim ki, tranzaksiyaların təqribən 80%-i internet bank üzərindən həyata keçirilir. Bundan əlavə biz yaxın zamanlarda internet bankın mobil versiyasını təqdim etməyi planlaşdırırıq. Bu, müəssisə rəhbərlərinə, maliyyə menecerlərinə bütün məhsullara, xidmətlərə və hesablara rahat çıxışı təmin edəcək.
- Bank öz müştərilərinə daha hansı yenilikləri təklif etməyə planlaşdırır?
- Nəzərə alsaq ki, VTB Azərbaycan əsasən korporativ bankdır və baxmayaraq ki, biz pərakəndə bazarımızı bu ildən aktiv inkişaf etdirməyə başlamışıq, yaxın zamanlarda biz, və bunun üçün artıq hər şey hazırdır, kütləvi seqment üçün – Azərbaycanda buna “mikromaliyyələşdirmə” deyirlər avtomatlaşdırılmış qərar qəbul etmə sistemi – kredit konveyerini işə salmağa planlaşdırırıq. Bu da bizə imkan verəcək ki müştərilərimizə bir neçə saniyə ərzində kredit üzrə qərarla geri dönək və kreditin rəsmiləşdirilməsi çox qısa bir zaman çəkəcək. Bir neçə dəqiqəyə müştəri artıq bankın kredit verilməsiylə bağlı cavabını alacaq.
- Sahibkarlara zəmanət məhsullarında hansı yeniliklər olacaq?
- Bundan başqa, biz zəmanət məhsullarımızı da inkişaf etdirməyə planlaşdırırıq, o cümlədən tender və digər zəmanətlər üzrə. Əsas yenilik odur ki, biz bu məhsulları zaminsiz formada təqdim etməyə planlaşdırırıq ki, bu da bir çox müştərilərimizə zəmanətləri daha asan yolla əldə etməyə imkan verəcək.
- Bank VTB Azərbaycan həmişə Rusiya və Azərbaycan arasında ticarətvə iqtispdi əlqəşərin genişlənməsinə çalışır. Bu sahədə yeni hansı addım atılacaq?
- Əlavə olaraq, bu yaxınlarada biz Rusiya İxrac Mərkəzi və Rusiyanın Azərbaycanda ticarət nümayəndəliyi ilə birlikdə elektron ticarət platformasını istifadəyə verməyə hazırlaşırıq. Bu platformada Azərbaycan və Rusiyadan olan şirkətlər əməkdaşlıq əlaqələrini qura bilər. Biz bu yolla iki ölkə arasındaki ticarət əlaqələrini stimullaşdıra bilərik. Bank olaraq isə biz burda maliyyə tərəfdaşı olaraq çıxış edərək, iqtisadi əlaqələri inkişaf etdirəcəyik və layihə çərçivəsində məhsullarımızın geniş çeşidini təqdim edəcəyik. Bu xidmətlərlə ilk növbədə Azərbaycan şirkətləri yararlana biləcəklər.