“Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şürası Maksim Vlasovun Bankın İdarə Heyətinin üzvü seçilməsinə qərar verib.
Eləcə də bax: “Unibank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
M.Vlasov İdarə Heyətinin üzvü seçilməklə paralel bankın maliyyə strategiyasının inkişafına, maliyyə göstəricilərinin proqnozlarına, ticarət əməliyyatlarına, maliyyə və vergi uçotuna nəzarəti həyata keçirərək maliyyə departamentinə də rəhbərlik etməyə davam edəcək.
Maksim Vlasov bank sahəsində 12 ildən artıq fəaliyyət göstərir, Rusiyanın bir sira banklarında (Barklays Bank, Absolut Bank, Sberbank və digərlərində) müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ilin aprel ayından VTB (Azərbaycan) ASC-də maliyyə departamentinin direktoru vəzifəsində çalışır.