“Bank VTB Azərbaycan” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 634 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 362 min manat (3,6%) azdır.
Bankın müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 8 milyon 425 min manat olub ki, bu da, illik müqayisədə 772 min manat (10,1%) artım deməkdir. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 254 min manat (2,4 dəfə) azalaraq 177 min manata düşüb. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 524 min manat (246 min manat / 88,5% çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 384 min manat (1 milyon 152 min manat / 4 dəfə az) olub.
Bu dövrdə bankın faiz xərcləri bir il əvvəllə müqayisədə 411 min manat (18,6%) artaraq 2 milyon 620 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 1 milyon 984 min manat (231 min manat / 13,2% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 558 min maant (121 min manat / 27,7% çox) olub.
Alınan haqq və kommisiya gəliri 851 min manat (5 min manat / 0,6% çox), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 1 milyon 823 min manat (875 min manat / 32,4% az) təşkil edib.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 4 milyon 857 min manata (1 milyon 513 min manat / 23,8% az), ümumi və inzibati xərclər 1 milyon 686 min manata (53 min manat / 3,2% çox), amortizasiya xərcləri 728 min manata (70 min manat / 10,6% çox) bərabər olub.
Hesabat dövründə bankın ümumi mənfəəti 1 milyon 746 min manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 15 milyon manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 1 milyon 731 min manata bərabər olub ki, bu da, 2025-ci ilin birinci rübü ilə müqayisədə 1 milyon 575 min manat (47,6%) azdır.
2026-cı ilin birinci rübünün sonuna bankın aktivlərinin həcmi 323 milyon 957 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 17 milyon 735 min manat və ya 5,8% çoxdur.
Müştərilərə verilmiş kreditlər 3 ayda 10 milyon 431 min manat (4,3%) artaraq 254 milyon 69 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər 9 milyon 952 min manat (32 min manat / 0,3% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər 40 milyon manat (7 milyon manat / 21,2% çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər 9 milyon 404 min manat (2 milyon 238 min manat / 31,2% çox) olub.
Bəhs olunan dövrdə bankın öhdəlikləri 212 milyon 92 min manat olub. Bu, ötən ilin sonuna nəzərən 15 milyon 802 min manat və ya 8% çoxdur.
Bankdakı depozitlərin həcmi 108 milyon 635 min manat (6 milyon 821 min manat / 6,7% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 69 milyon 128 min manat (773 min manat / 1,1% az), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 19 milyon 375 min manat (9 milyon 142 min manat 89,3% çox) olub.
Bu ilin birinci rübünün sonunda bankın cəm kapitalının həcmi 111 milyon 873 min manata yüksəlib. Bu, son üç ayda 1 milyon 942 min manat, yaxud da 1,8% artım deməkdir.
Səhmdar kapitalı dəyişilməyərək 315 milyon 815 min manat həcmində qalıb.
Ümumi ehtiyatlar isə 211 min manat (12,5%) artaraq 1 milyon 903 min manata yüksəlib.







![“Bank VTB Azərbaycan”ın aktivləri artır – [red]HESABAT[/red] | FED.az](upload/news/small/1399091.png)
![“Bank VTB Azərbaycan”ın aktivləri artır – [red]HESABAT[/red] | FED.az](upload/news/small/3293102.jpg)
![“Bank VTB Azərbaycan”ın aktivləri artır – [red]HESABAT[/red] | FED.az](upload/news/small/1857233.jpg)









