Bank VTB (Azərbaycan) kiçik biznesə dəstək məqsədilə sərfəli şərtlərlə kredit təklif edir.
FED.az xəbər verir ki, Bank VTB (Azərbaycan) kiçik biznes müştəriləri üçün yenilənmiş “Dövriyyə” kredit məhsulunu təqdim edir. Kredit həm manat, həm rublla verilir. İndi sahibkarlar sərfəli faiz dərəcəsilə - 14%-dən başlayaraq kredit əldə edə bilər. Kreditin maksimal məbləği 500 000 manat (və ya rus rublu ekvivalenti) təşkil edir və 36 ayadək verilir. Bundan başqa, bank müştəriyə əsas borcun ödənilməsi üçün 3 aydan 6 ayadək güzəşt müddəti verə bilər.
Kredit dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə oluna bilər.
“Bank VTB (Azərbaycan) kiçik və orta biznes üçün məhsul xəttinin genişləndirilməsi üzərində daim çalışır. Bu, bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Bankın müştərilərinin bir hissəsinin dövriyyəsi rubldadır və onlara bu valyutada kredit almaq daha sərfəlidir. Məhz buna görə VTB sahibkarlara və şirkətlərə həm manat, həm rus rublu ilə sərfəli şərtlərlə müxtəlif növ kreditlər təklif edir”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov bildirib.