“Bank VTB (Azərbaycan)" ASC-nin İnsan resursları idarəsinə yeni rəhbər təyin edilib.
FED.az-ın əldə etdiyi məlumata görə, İdarə Məlahət Abdullayevaya həvalə olunub.
Eləcə də bax: “PAŞA Həyat”da yeni təyinat - GÖZLƏNİLİR
Bu təyinatədək Məlahət Abdullayeva "Expressbank" ASC-də İnsan resursları departamentinin direktoru idi.
Bu il Asiyə Haqverdiyeva vəzifəsini tərk etdikdən sonra “Bank VTB (Azərbaycan) ASC-nin İnsan resursları idarəsinə müvəqqəti olaraq Təhminə Mehdiyeva rəhbərlik edirdi. 2013-cü ildən “Bank VTB (Azərbaycan)” ASC-də çalışan Təhminə Mehdiyeva İnsan Resursları İdarəsində şöbə müdiridir. İnsan resursları idarəsinin keçmiş rəhbəri Asiyə Haqverdiyeva hazırda audit şirkətlərindən birində çalışır.
Xatırladaq ki, “Bank VTB (Azərbaycan)" təşkilati-strukturuna görə, insan resursları üzrə bölmə departament deyil idarə adlandırılır. Bu idarəyə 3 şöbə – Kadr kargüzarlığı, Heyətin seçilməsi və Heyətin inkişafı və təlimi şöbəsi daxildir.
Marja