Azərbaycanda xarici kapitallı aparıcı banklardan olan «Bank VTB Azərbaycan» 2020-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə «Bank VTB Azərbaycan»ın xalis mənfəəti 3 milyon 860 min manat təşkil edib.
2020-ci ilin nəticələrinə görə, bankın aktivləri 19% artaraq 187 milyon 341 min manat təşkil edib.
Bu dövrdə bankın müştərilərə verdiyi xalis kreditlər 40%-ə yaxın artaraq 86 milyon 75 min manata yüksəlib.
2020-ci ildə bankın öhdəlikləri 26,4 milyon manat və ya 27,1% artaraq 123,4 milyon manat olub.
Bu dövrdə bankda həm fiziki şəxslərin əmanətləri, həm də hüquqi şəxslərin depozitləri artıb. Depozitlərin ümumi həcmi 17 milyon manat və ya 27,7% artaraq 75,3 milyon manata çatıb.
Əmanətlər 4,2 milyon manat artaraq 39,2 milyon manata, hüquqi şəxslərin bankdakı depozitləri isə 51% artaraq 36,1 milyon manata yüksəlib.
2020-ci ildə «Bank VTB Azərbaycan»ın kapitalı da 3,6 milyon manat artaraq 60,3 milyon manatdan 63,9 milyon manata yüksəlib.